ABŞ Ali Məhkəməsi Trampın seçki ilə bağlı iddiasına baxıb

9 Fevral 2024 01:21

ABŞ Ali Məhkəməsi keçmiş prezident Donald Trampın yenidən dövlət başçısı olmaq hüququ ilə bağlı işə baxmağa başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Trampın vəkili Conatan Mitçel keçmiş prezidentin 2024-cü ilin payızında keçiriləcək prezident seçkilərində iştirakına icazə verilməsinə dair qərar çıxarılmçasını tələb edib.

Vəkil Trampın seçkidən kənarlaşdırılması üçün ABŞ Konqresinin qərarının lazım olacağını iddia edir.

Qeyd edək ki, Tramp 2020-ci ildə Co Baydenin qalib gəldiyi seçkiləri pozmaq cəhdinə görə prezident seçkilərində iştiraka buraxılmaya bilər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun