Millimizin məşqçisi Millətlər Liqasındakı rəqibləri şərh etdi

9 Fevral 2024 01:10

Səbətlərdə yer alan ən güclü komandalarla qarşılaşacağıq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan millisinin məşqçisi Arif Əsədov UEFA Millətlər Liqasındakı püşkatma barədə danışarkən deyib.

A.Əsədov çətin qrupa düşdüklərini bildirib:

"Həmin yığmaların hər biri ilə bu yaxınlarda oyunlarımız olub. Bu qarşılaşmalarda qalib də gəlmişik, məğlub da olmuşuq. Düşünürəm ki, maraqlı qrupdur. Milli komandamıza uğurlar arzulayıram".

Qeyd edək ki, Azərbaycan millisi C Liqasının 1-ci qrupunda İsveç, Slovakiya və Estoniya ilə qarşılaşacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun