Bakı və İrəvanla strateji münasibətlər... - Tiflis

8 Fevral 2024 23:49

Tiflis Ermənistanla Azərbaycan arasında danışıqlar platformasına çevrilməkdə maraqlıdır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri vəzifəsinə namizəd İlya Darçiaşvili deyib.

"İstəyirik ki, Tiflis gələcəkdə qonşularımız arasında etimadın yaranmasına dəstək üçün istənilən aktual mövzuları müzakirə olunduğu platformaya çevrilsin. Buna nail olmaq üçün hökumət Türkiyə ilə, həmçinin Azərbaycan və Ermənistanla ikitərəfli strateji münasibətlərin hazırkı yüksək dinamikasını saxlamaq və gücləndirmək niyyətindədir", - Darçiaşvili qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun