Erməni nazir sərhədimizə gəldi

8 Fevral 2024 22:10

Ermənistanın müdafiə naziri Suren Papikyan sərhədin şimal-şərq istiqamətindəki hərbi hissəyə baş çəkib.

Axar.az erməni mediasına istinadən xəbər verir ki, səfər çərçivəsində Papikyan xidmətin məişət şəraiti və döyüş növbətçiliyinin təşkili ilə tanış olub.

O, həmçinin təlim və məşğələləri müşahidə edib, hərbi qulluqçularla görüşüb, onların müxtəlif məsələlərlə bağlı fikirlərini dinləyib, problemləri müəyyənləşdirib.

Papikyan zabitlərlə də ayrıca görüş keçirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun