Azərbaycanda bir ailənin 3 üzvü dəm qazından zəhərləndi

8 Fevral 2024 19:36

İmişlidə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə İmişli rayonu Qaradonlu kəndində qeydə alınıb. Kənd sakinləri, 1992-ci il təvəllüdlü Murad Kərimov, həyat yoldaşı 1995-ci il təvəllüdlü İlkanə Kərimova və övladı 2021-ci il təvəllüdlü Səccad Kərimov dəm qazından zəhərləniblər.

Onlar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun