Putinlə Cinpinin söhbəti 1 saat davam edib

8 Fevral 2024 18:25

Rusiya Prezidenti Vladimir Putinlə Çin Sədri Si Cinpin arasında telefon danışığı olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Putinlə Cinpin arasında telefon danışığı 1 saat davam edib. 

Uşakov liderlərin söhbət zamanı Ukraynadakı vəziyyət, eləcə də Rusiyanın "BRICS" təşkilatında sədrliyi barədə fikir mübadiləsi apardığını vurğulayıb. 

Məlumata görə, Si Cinpin qeyd edib ki, Rusiya və Çin xarici müdaxiləyə birgə mübarizə aparmalıdırlar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun