Tanınmış aktyor 45 kq arıqlayıb belə oldu - FOTO

8 Fevral 2024 20:03

Tanınmış aktyor Rüştü Onur Atilla bir il ərzində 45 kiloqram arıqlayıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, o instaqram hesabından yeni görüntülərini izləyiciləri ilə bölüşüb.

"365 günə, 45 kiloqram arıqladım. "Nə oldu?" deyə soruşanlar da oldu, cavab vermədiyim üçün əsəbiləşənlər də... Əməliyyatdan tam bir il keçib. Bunu dərhal paylaşmağı düzgün hesab etmədim.

Arıqlamaq istəyən, lakin arıqlaya bilməyən kilolu insanlar üçün ümidin nə demək olduğunu bilirəm. Bu, ən müasir texnologiyaya malik bir əməliyyat olsa da, tələsik qərar qəbul edilən bir əməliyyat deyildi. Heç kimin xəstəliyi barədə şərh bildirmək istəmirəm. Çünki bu onun həyatıdır. Nə yaşadığını özü bilir" - deyə, aktyor qeyd edib.

Rüştü Onur Atilla mədəkiçiltmə əməliyyatı ilə arıqlasa da, o insanlara düzgün qiadalanaraq və idmanla məşğul olaraq arıqlamağı məsləhət görüb. 

O, "Kavak Yelleri", "Şen Yuva", "Dedemin Fişi", "Cici Babam" kimi sevilən layihələrdə yer alıb. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun