Avtoyuma məntəqəsindən maşın qaçırıb başqasına çırpdı

8 Fevral 2024 13:52

Bakıda maşın qaçırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Yasamal rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən "Chevrolet" markalı avtomobilin qaçırılması və idarə edilərkən "Toyota" markalı avtomobilə vurulması barədə polisə məlumat daxil olub.

Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin avtoyuma məntəqəsində yuyucu işləyən Səməd Əliyev saxlanılıb.

Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun