İnflyasiyaya uğrayan ölkələrin reytinqi açıqlandı

8 Fevral 2024 19:52

İnflyasiyaya uğrayan ölkələrin reytinqi açıqlanıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Argentina 2023-cü ilin yekunları üzrə ən yüksək inflyasiyaya uğrayan ölkələrin reytinqinə başçılıq edərək, uzun müddətdir lider olan Venesuelanı geridə qoyub.

Livan 192% inflyasiya ilə ikinci yerdədir. Venesuela ilk üçlüyü tamamlayır, burada qiymət artımı bir il ərzində 190%-ə qədər azalıb.

Türkiyədə inflyasiya 2023-cü ildə 65%-ə, Rusiyada isə 7,4%-ə çatıb.

Araşdırmaya görə, dünya ölkələrinin yarısında illik inflyasiya 4,2%-i keçib. 130 ölkədə qiymət artımı zəyifləyib, 20-sində isə sürətlənib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun