Bu ölkədə evtanaziya qanuniləşdirilir

11 Fevral 2024 19:00

Ekvadorda evtanaziya qanuniləşdirilir.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Konstitusiya Məhkəməsi qərar verib.

Bildirilib ki, qərar üç ildir sklerozdan əziyyət çəkən 42 yaşlı Paola Roldanın ərizəsindən sonra verilib. Bu müddət ərzində isə o, süni tənəffüs aparatına qoşulub.

Artıq ölkənin Səhiyyə Nazirliyinə evtanaziya ilə bağlı qaydaların hazırlaması tapşırılıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun