Baydenin məxfi sənədlərlə səhv davranması ilə bağlı təhqiqat başa çatıb

8 Fevral 2024 08:19

Xüsusi prokuror Robert Hyor ABŞ Prezidenti Cozef Baydenin məxfi sənədlərlə səhv davranması ilə bağlı araşdırmasını başa çatdırıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu ədliyyə naziri - baş prokuror Merrik Qarlend ABŞ Konqresinin Nümayəndələr Palatasının və Senatının hüquq komitələrinin rəhbərlərinə ünvanladığı məktubda bildirib.

"Sizə məlumat verirəm ki, xüsusi prokuror Robert Hyor araşdırmasını başa çatdırıb", - məktubda qeyd edilir. "Mən qanunun və Departamentin siyasətinin tələblərinə uyğun olaraq, xüsusi prokurorun hesabatından mümkün qədər çox məlumatı açıqlamaq niyyətindəyəm", - o əlavə edib.

Qarlend vurğulayıb ki, hesabatı, onun əlavələrini və xüsusi prokurorun məktubunu tezliklə Konqresə təqdim etmək niyyətindədir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun