Mirzə Fətəli Axundovun Tiflisdəki ev muzeyi təmir olunur
21 May 2010 11:34
Bu barədə Milli.Az xəbər portalına ARDNŞ-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov məlumat verib.
Onun sözlərinə görə, iki mərtəbəli binanın üçmərtəbəli edilməsi nəzərdə tutulub: "Yeni təmir edilmiş ev muzeyində həm rəsm qalereyası olacaq, həm də burada xalq sənəti olan xalçaçılıq inkişaf etdiriləcək, dərnəklər açılacaq. Burada Azərbaycanın turizm mədəniyyətini təbliğ edən bir qurum da fəaliyyət göstərəcək. Eyni zamanda həmin evin aşağı mərtəbəsində Azərbaycan ünvanlı milli xörəklərimizi nümayiş etdirən bir restoran da açmağı nəzərdə tutmuşuq. Bu dəqiqə artıq daxili interyerin təmiri gedir" - deyə ARDNŞ rəsmisi bildirib.
Günay
Milli.Az