Şəhid anasının evinə daşınan seçki qutusu aparıldı - FOTOlar

7 Fevral 2024 16:27

Lənkəranda yaşlı, xəstə və əlilliyi olan şəxslər üçün ayrılmış daşınan seçki qutusu şəhid Ehtiram Hüseynovun anası Ümbulbani Hüseynovanın evinə aparılıb.

"Milli.Az" Azərtac-a istinadən xəbər verir ki, Ümbulbani Hüseynova səhhətində olan problemə görə məntəqəyə gedə bilmədiyini, seçkidə səs verə bilmək üçün müraciət etdiyini deyib: "Hər birinizə təşəkkür edirəm. Mənim müraciətimi qəbul edib gəlmisiniz. Arzum idi ki, seçkilərdə iştirak edim. Səhhətim imkan vermədiyi üçün məntəqəyə gedə bilmədim. Şükür, arzum yerinə yetdi, seçkidə iştirak etdim. Azərbaycanın ən layiqli namizədinə səs verdim. Bir oğul itirdim, min oğul qazandım".

Qeyd edək ki, Ümbulbani Hüseynova Lənkəran şəhər 77 saylı seçki dairəsinin 10 saylı məntəqəsində səs verib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun