Kloppun yeni klubu bilindi

7 Fevral 2024 10:20

Mövsümün sonunda klubdan ayrılacağını açıqlayan " Liverpul"un baş məşqçisi Yurgen Klopp " Barselona"ya rəhbərlik edə bilər.

Milli.Az fanat.Az-a istinadən xəbər verir ki, bu barədə tanınmış insayder Cerard Romero məlumat yayıb. 

Xəbərə görə, "Barsa" yeganə komandadır ki, almaniyalı mütəxəssis yayda götürmək istədiyi bir illik məzuniyyətdən imtina etməyə hazırdır.

Daha əvvəl Kataloniya klubunun idman direktoru Deko Kloppun mümkün keçidi ilə bağlı danışmaq üçün hələ tez olduğunu bildirmişdi.

Xatırladaq ki, "Barselona"nın baş məşqçisi Xavi də mövsümün sonunda istefaya gedəcək.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun