Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu İngiltərə təmsilçisi "Liverpul"un futbolçusu Məhəmməd Salahı 150 milyon avroya transfer etmək istəyir.
Milli.Az report-a istinadən xəbər verir ki, ərəblər qarşı tərəflə bununla bağlı danışığa başlayıblar. Yurgen Klopp mövsümün sonunda "qırmızılar"ın baş məşqçi postunu tərk edəcəyini açıqladığından, misirli hücumçu da ayrılmaq qərarına gəlib.
"Əl-Hilal" 100 milyon avro nəğd, 50 milyon avro isə bonus şəklində ödəməyi planlaşdırır.
Qeyd edək ki, Məhəmməd Salahın "Liverpul"la müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun