İtaliya çempionatının 23-cü turunun "Yuventus"la oyunundan sonra "İnter" azarkeşləri polisə hücum ediblər.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "San Siro" stadionu yaxınlığında azarkeşlər polisə yaxın məsafəli əldəqayırma partlayıcı qurğular atıblar.
Nəticədə, polis maşınlarından birinə ziyan dəyib. Azarkeşlər həmçinin "Yuventus" azarkeşlərini daşıyan avtobusun altına fişənglər atıblar.
İtaliya polisi 50-yə yaxın "İnter" azarkeşini saxlayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun