Keçmiş erməni deputat qəzada öldü

6 Fevral 2024 15:32

Keçmiş erməni deputat, İşıqlı Ermənistan Partiyasının üzvü Qrant Ayvazyan ağır yol qəzasında ölüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, Camışlı-Geqarot yolunda "Toyota Kamri", "Nissan" və "Ford Tranzit" avtomobilləri toqquşub.

Hadisə nəticəsində Ayvazyan ölüb, 1 nəfər isə xəsarət alıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun