Hindistanda partlayış - 11 nəfər öldü

6 Fevral 2024 14:48

Mərkəzi Hindistanın Madxya-Pradeş ştatına daxil olan Bayraqarx yaşayış məntəqəsindəki gizli şəkildə fəaliyyət göstərən pirotexniki qurğular zavodunda partlayış baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, partlayış nəticəsində azı 11 nəfər həlak olub.

Altmış nəfərdən çox şəxsin yaralandığı bildirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun