Maykl Ceksonun qızı mərasimdə diqqət çəkdi - FOTOlar

6 Fevral 2024 22:50

Dünya ulduzu Maykl Ceksonun qızı Peris Cekson "Gremmy" mükafatlandırma mərasimindən sonra baş tutan gecəyə qatılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, onun görünüşü hər kəsin diqqətini cəlb edib və sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

25 yaşlı Peris qara şəffaf korset, dəri mini ətək və bəbir dərisindən uzun kürk geyinib. O, görünüşünü qızılı halqa sırğalar, qara çanta, üzüklər və dəri çəkmələrlə tamamlayıb. Aktrisa saçlarını açıq qoyub, sadə, yüngül makiyaj edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun