Bu ölkə Feysbukdan imtina etməyi düşünür

6 Fevral 2024 06:20

Niderland hökuməti Feysbuk sosial şəbəkəsindən tamamən imtina etmək imkanını nəzərdən keçirir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "De Teleqraaf" məlumat yayıb.

Bildirilib ki, məlumatların gizliliyinin təmin edilməsi baxımından ciddi narahatlıqlar var.

Niderlandın daxili işlər və kraliyyət işləri nazirliyinin dövlət katibi Aleksandra van Hoffelenin sözlərinə görə, hökumət uzun illərdir ki, Feysbukun konfidensial məlumatları necə emal etməsindən narahatdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun