"Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Anderson "Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo haqda danışıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, o deyib ki, Mançester təmsilçisi 2022-ci ilin noyabrında portuqaliyalı hücumçunu yolları ayırmaqla səhv edib:
"Kriştiano qorunmalıdır. Bu gün onun 50 qol var. Bəli, Səudiyyə Ərəbistanında vurulub, amma 50 qoldur! Üç epizoddan ikisində qol vurur. Bu, bir faktdır. Kim Ronaldoya qarşı oynasa, ondan qorxacaq. Bu gün heç kim "Mançester Yunayted"ə qarşı oynamaqdan qorxmur. Zərbədən sonra zərbə vururlar. Ronaldo "Yunayted"in yenidən qurulması prosesində olanda kluba qayıtdı və 25 qol vurdu. Və sonra getməli oldu".
"Mançester Yunayted" hazırda Premyer Liqanın turnir cədvəlində 6-cı yerdədir .
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun