Bu gözəli transfer etdilər: Azarkeşlər bayram edirlər - FOTOlar

5 Fevral 2024 20:41

"Roma"nın qadınlardan ibarət komandası heyətinə yeni ulduz qatıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, "canavarlar" hücumçu Alaya Pilqrimi ilə müqavilə imzalayıb. 20 yaşlı isveçrəli futbolçu "Sürix"dən İtaliya təmsilçisinin sıralarına qoşulub.

O, İsveçrədə anadan olub. Bu ölkənin millisində çıxış edir. Lakin ailəsinin kökləri Mərakeşdəndir.

Alayanın transferinə ən çox sevinən "Roma" azarkeşləridir. Onlar bu transferi klub üçün mühüm hadisə adlandırırlar. Onun "Roma"ya keçməsi ilə klubun xüsusilə sosial şəbəkələrdə daha çox azarkeş qazanacağı proqnozlaşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun