Cavanşir Quliyev xəstəxanaya yerləşdirildi

5 Fevral 2024 20:28

Əməkdar incəsənət xadimi Cavanşir Quliyev xəstəxanaya yerləşdirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə rejissor Ramiz Mirzəyev məlumat yayıb.

O, Cavanşir Quliyevin xanımına istinad edərək bildirib ki, İstanbulda işgüzar səfərdə olan bəstəkar bu gün səhər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

Real TV isə bəstəkarın İstanbulda ailəsinin yanında olarkən beyninə qan sızdığına dair məlumat yayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun