O qədər fotoşop etdi ki, lağa qoyuldu - FOTO

6 Fevral 2024 02:02

Türkiyəli müğənni Yaşar İpek sosial media paylaşımı ilə diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən bildirir ki,  ifaçı fotoşopun qurbanı olub. Belə ki, izləyiciləri üçün sosial media hesabında paylaşdığı fotonu filterdən keçirən Yaşarın barmaqları həddindən artıq uzanıb. Bu isə izləyicilərin gözündən qaçmayıb.

Buna görə, onlar ifaçını lağa qoyublar. Yaşar isə buna reaksiya olaraq "Bir də günəş eynəyi ilə fotoşop etməyəcəyəm" deyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun