"Beşiktaş" “Real"ın keçmiş ulduzunu alır

5 Fevral 2024 19:16

"Beşiktaş" "Real Madrid"in keçmiş futbolçusu İskonu transfer etmək üçün hərəkətə keçib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, "Betis"in futbolçusu İsko "Beşiktaş"ın transfer siyahısının ilk sırasındadır. "Aksam.com.tr"in məlumatına görə, "Beşiktaş"ın prezidenti Həsən Arat və baş məşqçisi Fernando Santos ulduz futbolçunu heyətə cəlb etməklə klubu uğursuzluqdan çıxarmaq istəyir. Bildirilir ki, "Beşiktaş" Fernando Santos kluba gəlişindən sonra hələ də istənilən oyunu nümayiş etdirə bilmir.

Qeyd edək ki, "Beşiktaş"ın Uilyam Karvalyo ilə müqavilə bağladığı bildirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun