Azərbaycanda zəhərlənmədən 7 nəfər ölüb

5 Fevral 2024 14:42

Yanvarda 664 nəfər zəhərlənib.

Bu barədə Milli.Az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Qeyd olunub ki, onlardan 93 nəfər Toksikologiya şöbəsinə qəbul edilib.

"Şöbəyə qəbul edilən xəstələrdən 16-sı dəm qazından, 6-sı botulizmdən, 40-ı dərman zəhərlənməsindən, 5-i etanoldan, 3-ü allergik reaksiyadan, 23-ü isə sirkə turşusundan zəhərlənən şəxslərdir", - qurumdan bildirilib.

Məlumata görə, həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 7-si dünyasını dəyişib: "Onlardan 6-sı kişi, 1-i qadın olub".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun