Çexiya səfirliyi Ermənistandan gələn çex barədə şərhdən imtina etdi

5 Fevral 2024 14:15

Ermənistandan Azərbaycana keçmək istəyərkən saxlanılan Çexiya vətəndaşı barədə bu ölkənin Azərbaycandakı səfirliyi danışmaqdan imtina edib.

Milli.Az report-a istinadən xəbər verir ki, səfirlikdən məsələni şərh etmədiklərini bildiriblər.

Xatırladaq ki, fevralın 3-də Çexiya vətəndaşı Ermənistan tərəfdə minalanmış zonadan keçərək Azərbaycan ərazisinə daxil olub və hərbçilər tərəfindən saxlanılıb.

Elə həmin gün müvafiq məlumat Çexiyanın Azərbaycandakı konsulluğuna göndərilib.

Hazırda faktla bağlı başlanılmış cinayət işi üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində istintaq-əməliyyat araşdırmaları davam edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun