Pakistanda silahlı hücum: 10 polis həlak oldu

5 Fevral 2024 10:46

Pakistanın şimal-qərbində yaraqlıların polis məntəqəsinə hücumu nəticəsində azı 10 nəfər ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Hindustan Times" qəzeti məlumat yayıb.

"Reuters" agentliyinin məlumatına görə, hücum nəticəsində 6 nəfər yaralanıb. Qeyd edilib ki, 30-dan çox yaraqlı üç istiqamətdən hücuma keçib və atışma 2,5 saat davam edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun