İndoneziyada 5,3 maqnitudada zəlzələ baş verib

5 Fevral 2024 08:59

İndoneziyada 5,3 bal maqnitudada zəlzələ qeydə alınıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 840 min sakinin yaşadığı Padanq şəhərindən 133 km cənub-şərqdə, zəlzələ ocağı 53 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun