Qızıl mağazasına silahlı basqın etdilər - Azərbaycanlı qız gündəmdə - VİDEO - FOTO

4 Fevral 2024 22:55

İstanbulda azərbaycanlı Merve Öznur Hüseynova sevgilisi Enes Erdoğanla qızıl dükanını soymağa cəhd edib.

Milli.Az qafqazinfo.az-ya istinadən xəbər verir ki, bu barədə məlumat Türkiyə mətbuatında yayılıb.

Bildirilib ki, silahla mağazadan oğurluq etməyə çalışan cütlük hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Onlar ifadələrində evlənmək üçün pul tapmadıqlarını deyərək zərgəri soymağa çalışdıqları deyiblər.

Qeyd edək ki, 22 yaşlı Merve Öznur Hüseynova 2 il öncə Türkiyə mətbuatına kuryer kimi müsahibə verib.

Oğurluq anının görüntülərini təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun