Nigeriyada naməlum silahlı şəxslər toy kortejinə hücum edərək 3 nəfəri öldürüb, daha 55 nəfəri girov götürüblər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Daily Trust" qəzeti hadisə şahidlərinə istinadən məlumat yayıb.
Hadisə şahidlərinin sözlərinə görə, hadisə ölkənin şimalındakı Katsina ştatının Damari kəndi yaxınlığındakı yolda baş verib.
Nigeriyada, xüsusən də bir neçə ekstremist qrupun fəaliyyət göstərdiyi ölkənin şimalında mülki şəxslərə qarşı hücumlar və insanların girov götürülməsi mütəmadi olaraq baş verir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun