ABŞ və Britaniya Sənaya zərbələr endirdi

4 Fevral 2024 14:25

Bu gün səhər saatlarında ABŞ və Britaniya qırıcıları Yəmənin paytaxtı Səna istiqamətində hava hücumları həyata keçirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Husi qruplaşması məlumat yayıb.

Bildirilib ki, Səna şəhəri, Hüdeyda, Səada, Bayda, Taiz və Ləhc əyalətlərinin ərazilərində 48 hədəf vurulub.

Husilərin nümayəndəsi Yəhya Səriya bu hücumların cavabsız qalmayacağını bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun