Dani məhkəmə qarşısına çıxacaq

4 Fevral 2024 13:14

İspaniyanın "Barselona" klubunun və Braziliya millisinin sabiq futbolçusu Dani Alveş fevralın 5-də məhkəmə qarşısına çıxacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, proses Bakı vaxtı saat 13:00-da başlanacaq.

Prokurorlar keçmiş cinah müdafiəçisi üçün 9 il həbs cəzası istəyirlər.

Bundan əlavə, Alveşin zərərçəkənə 150 min avro təzminat ödəyəcəyi gözlənilir.

Qeyd edək ki, o, 2023-cü il yanvarın 20-də gecə klubunda bir qadına təcavüz etməkdə ittiham olunaraq saxlanılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun