Gezeravcının Yerə qayıdışı yenidən ertələndi

4 Fevral 2024 11:15

"SpaceX" ABŞ-nin Florida ştatındakı əlverişsiz hava şəraiti ilə əlaqədar Alper Gezeravcı və onunla birgə olan astronavtların Yerə qayıdışını növbəti dəfə ertələyib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə DHA yazıb.

Bildirilib ki, "Crew Dragon" kosmik gəmisi ən tez fevralın 6-da beynəlxalq kosmik stansiyadan ayrılacaq.

Xatırladaq ki, ötən gün "SpaceX" qayıdışın ən tez fevralın 5-nə ertələndiyini açıqlamışdı.

Qeyd edək ki, "Crew Dragon" kosmik gəmisi yanvarın 19-da Bakı vaxtı ilə saat 01:49-da Beynəlxalq Kosmik Stansiyasına göndərilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun