Bıçaqlı şəxs stansiyadakılara hücum etdi, ölən və yaralananlar var

4 Fevral 2024 09:10

Parisdə dəmir yolu stansiyasında bir nəfər yoldan keçənlərə bıçaqla hücum edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "France 24" telekanalı məlumat yayıb.

Hücum nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

"Şübhəli şəxs hücum zamanı heç bir dini şüar səsləndirməyib", - polisdəki mənbə bildirib.

Şübhəlinin psixi vəziyyətinin yerində olmadığı deyilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun