Tovuzda ağır yanıq xəsarətləri alan qadın xəstəxanada dünyasını dəyişib

4 Fevral 2024 08:35

Bədbəxt hadisə nəticəsində ağır yanıq xəsarətləri alan Tovuz sakini müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, 1996-cı il təvəllüdlü A.Abbasova göstərilən tibbi yardımlara baxmayaraq müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, mərhum yaşadığı evdə suqızdırıcısının partlaması nəticəsində ağır dərəcəli yanıq xəsarətləri almışdı.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun