BMT TŞ-dən gözlənilməz qərar: Qəddafinin xanımına "YAŞIL İŞIQ" YANDIRILDI

4 Fevral 2024 01:47

BMT Təhlükəsizlik Şurası Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin həyat yoldaşının hərəkət azadlığını məhdudlaşdıran qərarı ləğv edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının saytında məlumat dərc edilib.

Qeyd edilib ki, onun aktivlərinə qoyulan məhdudiyyət qüvvədə qalır.

Xatırladaq ki, 2011-ci il fevralın 27-də BMT Təhlükəsizlik Şurası yekdilliklə Qəddafinin ailəsinin 16 üzvünə səyahət qadağası tətbiq etmək qərarına gəlib.

2022-ci ildə Qəddafinin həyat yoldaşı Safie, oğlu Məhəmməd və qızı Aişə altı aya qədər səyahət etmək imkanı əldə eediblər.

Qeyd edək ki, Müəmmər və Safie Qəddafi 1970-ci ildə evləniblər. Cütlüyün 6 oğlu və bir qızı olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun