İtaliyanın sonuncu kralının oğlu vəfat etdi - FOTO

4 Fevral 2024 00:57

İtaliyanın sonuncu kralı II Umbertonun oğlu Vittorio Emanuele şənbə günü səhər 86 yaşında vəfat edib.

Bu barədə Milli.Az publika.az-a istinadla xəbər verir.

"Bu səhər saat 07:05-də Savoya hersoqu və Neapol şahzadəsi Əlahəzrət Vittorio Emanuele Cenevrədə ailəsinin əhatəsində dinc şəkildə vəfat edib", - Savoy Palatasının bəyanatında deyilir.

Qeyd olunur ki, dəfn mərasiminin yeri və tarixi yaxın vaxtlarda açıqlanacaq.

Vittorio Emanuele fevralın 12-də 87 yaşı tamam olacaqdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun