Vilnüsdə təyyarə uçuş-enmə zolağından çıxıb, aeroport üç saat bağlanıb

3 Fevral 2024 22:15

Vilnüs hava limanında 179 sərnişin və altı ekipaj üzvü olan təyyarə eniş zamanı uçuş-enmə zolağından çıxıb.

Milli.Az APA-a ya istinadən xəbər xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Milandan uçan təyyarənin uçuş-enmə zolağından çıxması nəticəsində Vilnüs Beynəlxalq Hava Limanı üç saat bağlanıb.

Xəsarət alan olmayıb.

İlkin məlumata görə, hadisəyə əlverişsiz hava şəraiti səbəb olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun