İsrailin həbs etdiyi fələstinlilərin sayı açıqlandı

3 Fevral 2024 20:37

İsrail ordusu İordan çayının qərb sahilində daha 14 fələstinlini həbs edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Məlumata görə, bununla oktyabrın 7-dən Qəzza zolağında müharibə başlayandan bəri İsrailin həbs etdiyi fələstinlilərin sayı 6500-ə yüksəlib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun