Rusiyadan ABŞ-ın bombardmanına sərt reaksiya

3 Fevral 2024 20:33

Rusiya ABŞ-ın Suriya və İraqa zərbələrini pisləyir, həmçinin bu vəziyyətin BMT-də təcili nəzərdən keçirilməsini istəyir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib.

"Heç kim beynəlxalq koalisiya illüziyası yaratmamalıdır və Böyük Britaniya hələ amerikalıların hərəkətlərini dəstəklədiyinə görə cavab verməlidir", - M.Zaxarova söyləyib.

Qeyd edək ki, ABŞ aviasiyası Suriya və İraqda müəyyən hədəflərə zərbələr endirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun