Bu ölkə Ukraynaya "Javelin" raketlərini göndərdi

4 Fevral 2024 00:52

Estoniya Ukraynaya tank əleyhinə "Javelin" raketləri də daxil olmaqla, yeni hərbi yardım paketini təqdim edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Estoniyanın dekabrda aldığı "Javelin" raketləri artıq Ukraynaya çatdırılıb. Yardım paketinə həmçinin pulemyotlar, atıcı silahların sursatları, müxtəlif yerüstü və su avadanlıqları daxildir.

2022-ci ildən bəri Estoniya Ukraynaya ümumilikdə təxminən 500 milyon avro və ya ümumi daxili məhsulunun təxminən 1,4 faizi həcmində hərbi yardım göstərib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun