Rusiyaya səfər edən vətəndaşlarımızın sayı…

3 Fevral 2024 20:23

Ötən il 480 min Azərbaycan vətəndaşı Rusiyaya səfər edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, bu, 2022-ci illə müqayisədə 45,4% çoxdur. Bununla da Azərbaycan vətəndaşları Rusiyaya səfər edən əcnəbilər arasında ilk 10-luqda yer alıblar.

Ümumilikdə ötən il Rusiyaya gedən xarici turistlərin sayı əvvəlki illə müqayisədə təxminən 18,6% artaraq 15,48 milyon nəfər təşkil edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun