İsmayıllıda avtomobil yük maşınına çırpılıb

3 Fevral 2024 18:34

İsmayıllıda avtomobil idarəetməni itirərək yük maşınına çırpılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bədo adlanan ərazisində qeydə alınıb.

"Tofaş" markalı avtomobil idarəetməni itirərək "KamAZ" markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində İsmayıllı sakini 1978-ci il təvəllüdlü Ziliyev Vüqar Təşkilat oğlu və Laçın sakini 1990-cı il təvəllüdlü Məmmədov Elvin Əvəz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Hazırda vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun