Rəqsanə bir dəfəyə 30 mini necə qazanıb?

21 May 2010 10:41
Milli.Az xəbər portalının məlumatına görə, Day.Az saytına müsahibəsində o, son 10 ilin ən yaxşısı saydığı 5 ifaçının adlarını çəkib. Rəqsanənin fikrincə, bunlar Alim Qasımov, Brilliant Dadaşova, Röya, Mənsum İbrahimov və Aygün Kazımovadır.
"Ən yaxşılar" arasında özünü niyə görməməsinə gəlincə, Rəqsanə bildirib ki, o, hələ yaradıcılıqda planlaşdırdığı işlərin hamısını həyata keçirməyib.

İfaçı indiyədək aldığı ən maksimal qonorarı da açıqlayıb. Onun sözlərinə görə, bir dəfə Sankt-Peterburqdakı çıxışı ona düz 30 min dollar gəlir gətirib.

Milli.Az