“Real” 17 yaşlı qapıçı transfer etdi

3 Fevral 2024 12:27

"Real" heyətinə yeni futbolçu qatıb. 

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, klubun saytı məlumat yayıb. Madrid təmsilçisi 17 yaşlı ukraynalı qapıçı İlya Voloşini transfer edb. Onunla 2026-cı ilin yayına qədər müqavilə imzalanıb. 

Maraqlıdır ki, futbolçunun hazırda boyu 202 santimetrdir. Onun son klubu isə "Novelda" olub (İspaniya). 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun