Bakıda aptek yandı

3 Fevral 2024 10:10

Bakıda aptekdə yanğın olub.

Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nəsimi rayonunda ümumi sahəsi 50 m² olan obyektin (aptek kimi fəaliyyət göstərir) içərisində taxtadan ibarət rəf 4 m² sahədə, kompüter avadanlıqları və 3 m² sahədə tibbi ləvazimatlar yanıb.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun