Narkotika satışının qarşısı alındı

21 May 2010 10:30
Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Heydər Xəlilovdan 0,374 qram, Namiq Məmmədovdan 0,349 qram, onlara narkotik maddə satan Vaqif Mustafayevdən isə 10,249 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Sonuncunun qardaşı Kazım isə 0,484 qram heroini satarkən tutulub. Onun üzərindən satış məqsədilə saxladığı 12,455 qram heroin aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az