Vidalın qeyri-adi təqdimatı: At belində “qılınc çaldı" - FOTO

2 Fevral 2024 20:09

Karyerasını doğma "Kolo-Kolo" futbol klubunda davam etdirəcək məşhur çilili futbolçu Arturo Vidalın yaddaqalan təqdimat mərasimi keçirilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 35 min azarkeşin iştirak etdiyi təqdimatda futbolçu meydana helikopterlə gəlib.

Daha sonra A.Vidal başına simvolik tac qoyub və əlinə simvolik qılınc götürərək at belində meydanda dövrə vurub. Bununla futbolçu ona klubun azarkeşləri tərəfindən verilən "Kral" təxəllüsünü canlandırıb.

Məlumat üçün əlavə edək ki, A.Vidal 2005-2007-ci illərdə paytaxt Santyaqonun "Kolo-Kolo" futbol klubunun formasını geyinib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun