Rusiya və Türkiyə prezidentlərinin müzakirə edəcəyi məsələlər açıqlandı

2 Fevral 2024 15:53

Kreml Rusiya və Türkiyə prezidentlərinin müzakirə edəcəyi məsələləri açıqlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Vladimir Putinin Ankaraya səfəri çərçivəsində ikitərəfli əməkdaşlıq, regional gündəlik və Ukrayna əsas müzakirə mövzusu olacaq.

Qeyd edək ki, Rusiya liderinin fevralın 12-də Türkiyəyə səfəri planlaşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun